Vergi auditi şirkətin vergi uçotunun vəziyyətinə dair müstəqil qiymətləndirmə aparmağa, vergi öhdəliklərinin nə dərəcədə düzgün hesablandığını və yerinə yetirildiyini müəyyən etməyə imkan verir. Belə bir yoxlama, qarşıya qoyulan tapşırıqdan asılı olaraq, həm şirkətin vergi fəaliyyətini, həm də ayrı-ayrı vergi növlərini, əməliyyatları və ya hesabat dövrlərini əhatə edə bilər.
FlexAudit vergi öhdəliklərinin formalaşdırılmasına əsas verən sənədlərin, hesablamaların, bəyannamələrin və vergi uçotunun yoxlanılmasını həyata keçirir. Audit prosesində vergilərin düzgün hesablanması və ödənilməsi, müvafiq əməliyyatların vergi hesabatlarında əks etdirilməsi,Azərbay can vergi qanunvericiliyinin tələblərinə riayət olunması təmin edilir.
Vergi güzəştlərinin və azadolmalarının düzgün tətbiqinə, həmçinin əlavə vergi öhdəlikləri yarada biləcək əməliyyatlara diqqət yetirilir. Vergi auditi, mövcud olan və ya gələcəkdə əlavə vergi hesablamalarına, müəyyən edilmiş qaydada faizlərin (penyaların) və maliyyə sanksiyalarının(cərimələrin) tətbiqinə səbəb ola biləcək xətaları və uyğunsuzluqları vaxtında aşkarlamağa imkan verir.
Yoxlamanın nəticələrinə əsasən, FlexAudit aşkar edilmiş xətaları, uyğunsuzluqları və vergi risklərini əks etdirən audit rəyi (hesabatı) hazırlayır. Əldə olunmuş məlumatlar şirkət rəhbərliyinə vergi uçotunun cari vəziyyətini qiymətləndirməyə və müəyyən edilmiş problemlərin aradan qaldırılması üçün vaxtında zəruri tədbirlər görməyə imkan verir.
Xidmətə nələr daxildir Vergilərin və digər məcburi ödənişlərin düzgün hesablanması və ödənilməsinin yoxlanılması
Vergi hesablamalarının və şirkət tərəfindən müvafiq vergi öhdəliklərinin yerinə yetirilməsinin təhlili. Şirkətin vergi uçotunun, vergi bəyannamələrinin və hesablamalarının auditi
Vergi uçotu məlumatlarının, təqdim edilmiş hesabatların əsasını təşkil edən sənədlərin yoxlanılması. Vergi güzəştləri, azadolmaları və vergi qanunvericiliyinin digər müddəalarının düzgün tətbiqinin yoxlanılması
Şirkət tərəfindən müvafiq vergi rejimlərinin, güzəşt və azadolmaların tətbiqinin əsaslılığının təhlili. Vergi səhvlərinin və risklərinin müəyyən edilməsi, yoxlamanın nəticələri üzrə auditor hesabatının hazırlanması
Aşkar edilmiş uyğunsuzluq və risklərin sistemləşdirilməsi, aparılmış auditin nəticələrinin yekun hesabatda əks etdirilməsi.